2197 yeni yoluxma qeydə alındı, 34 nəfər vəfat etdi

  20 Aprel 2021    Oxunub : 1603
 2197 yeni yoluxma qeydə alındı,   34 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.
İndiyədək ölkədə 303 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 267 485 nəfər müalicə olunaraq sağalıb, 4203 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 32170 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 777, ötən müddət ərzində isə ümumilikdə 3 128 656 test aparılıb.

Azvision.az

Teqlər: Koronavirus