Rubl sürətlə ucuzlaşır
Ötən gün fond birjasında dollar daha 86 qəpik bahaşalaraq, 36,75 rubla dəyişdirilir. Avro isə öz növbəsində 1,24 rubl bahalaşaraq 50,82 rubla çatıb. Rublun ucuzlaşması 2009-cu ilin tarixi rekordunu təzələyib. Rusiya Mərkəzi bankı isə artıq dövriyyəyə əlavə maliyyə vəsaiti daxil etməklə fond bazarlarındakı vəziyyəti sabitləşdirməyə çalışır.
Ekspertlərin fikrincə, rublun avro və dollar qarşısında ucuzlaşması Ukrayna ətrafında yaranmış gərgin vəziyyətlə bağlıdır.
Vüqar İsmayılov