Ziyafət Əsgərov: “Ermənilər kişi kimi müharibə aparmadılar” - MÜSAHİBƏ (VİDEO)

  Ziyafət Əsgərov:  “Ermənilər kişi kimi müharibə aparmadılar” -  MÜSAHİBƏ (VİDEO)
  21 Aprel 2021    Oxunub:18446
“Əgər Azərbaycana qarşı yenidən təxribatlar törədiləcəksə, bunun cəzası ağır olacaq”
“Gücün yoxdursa, sənə heç salam da verməyəcəklər”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun Azvision.az-a müsahibəsini təqdim edirik:

- 44 günlük Vətən Müharibəsindən 6 ay keçməsinə baxmayaraq, hələ də dünyada Azərbaycanın İkinci Qarabağ müharibəsindəki möhtəşəm qələbəsindən danışılır. Azərbaycanın uğurla yekunlaşdırdığı müharibə əslində nələri göstərdi?

- Dünya bizim qələbəmizdən hələ çox danışacaq. 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış torpaqlarımızı qısa bir vaxtda- 44 günə azad etdik. Bu isə hərb tarixində çox az görünən hadisələrdən idi. Azərbaycan 44 gün ərzində legitim müharibə apardı. Yəni biz qoşulduğumuz və qoşulmadığımız bütün beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq yalnız Ermənistan ordusu ilə müharibə aparmışıq. Erməni mülki əhalisinə qarşı bir güllə belə atılmadı. Amma qarşı tərəf müxtəlif raketlərlə Gəncəni, Bərdəni, Tərtəri atəşə tutdu, mülki vətəndaşımız həlak oldu. Bu isə işğalçıların vəhşiliyini göstərirdi. Azərbaycan Ordusuna döyüş meydanında gücü çatmayan erməni hərbçiləri acıqlarını dinc sakinlərdən çıxdılar. Uzun illər Ordumuzun qələbəsi, apardığımız uğurlu müharibə haqqında danışılacaq, bütün bunlar dərsliklərə düşəcək. Azərbaycan elə bir taktika, strategiya müəyyən etdi ki, bu, artıq 21-ci əsrin müharibəsi oldu. Bütün dünya azərbaycanlıların həm legitim, həm də müasir qaydada müharibə aparmasına məəttəl qaldı.



- Azərbaycanlılarla ermənilərin bundan sonra birgə, sülh şəraitində yaşaması nə qədər real görünür?

-Bu məsələdə iki aspekti xüsusi qeyd etmək istərdim. Bir daxili, bir də xarici aspekt var. Daxili aspekt Qarabağda yaşayan ermənilərin Azərbaycanın siyasi-iqtisadi və sosial sisteminə reinteqrasiya olunmasıdır. Bu, o deməkdir ki, siz erməni kökənli Azərbaycan vətəndaşlarısınız, buyurun, ərazimizdə yaşayın, heç kim də sizə bir söz deməyəcək. Yeri gəlmişkən, cənab Prezident də dəfələrlə deyib ki, bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur.

Xarici aspekt isə daha çox Ermənistandan asılıdır. Yəni bu ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Amma biz indi İrəvanda nələri müşahidə edirik? Ermənistanda revanşist qüvvələr meydana çıxıb. Siyasi qüvvələrin hərəsi bir bəyanatla çıxış edir. Ola bilsin seçkiqabağı proseslərdə müəyyən qüvvələr bu amildən istifadə etməyə çalışırlar. Əslində isə Ermənistandakı seçkiqabağı situasiyanı dünyada olan normal seçki öncəsi situasiyaya bənzətmirəm. Bu normal siyasi durum deyil. Loru dildə desək, onlar hazırda bir-biri ilə haqq-hesab çürüdürlər. Hər halda bu ermənilərin öz işidir. Amma hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Yalnız bundan sonra sülh müqaviləsi imzalana bilər. Biz həmişə sülhün tərəfdarı olmuşuq. Bu gün də istəyirik ki, qonşu dövlət kimi Ermənistanla normal münasibətlərimiz olsun. Erməni kökənli insanlar Azərbaycanda yaşayıblar və bundan sonra da yaşamağa davam etsinlər. Hazırda Bakıda ermənilər yaşayırlar. Onlara heç kim heç bir təzyiq də göstərməyib.

-Son günlərin ən çox müzakirə olunan mövzularından biri də Şuşaya “İsgəndər-M” raketinin atılmasıdır. Ermənistanda olmayan İsgəndər raketlərinin bu növü İrəvanın əlinə haradan düşüb və Şuşaya necə atılıb? Bu barədə nə deyə bilərsiniz?

- Rusiyadan rəsmi şəkildə bildirilmişdi ki, raketin “M” növləri ixrac üçün nəzərdə tutulmayıb. Bu satışa verilməyən silah növüdürsə və yalnız Rusiyanın özü üçün nəzərdə tutulubsa, Şuşada haradan peyda oldu? Cənab Prezident də çıxışında bildirmişdi ki, biz məsələ ilə bağlı cavab gözləyirik. Görək raket Qarabağda necə peyda olub, Ermənistana nə vaxt verildi və nə üçün atıldı. Təəssüf ki, bu günə kimi məsələnin izahatı hələ də yoxdur. Amma Ermənistan buna izahat verməli, Rusiya rəsmiləri də məsələ ilə bağlı ciddi fikir söyləməlidirlər.

Rus ekspertlərinin özləri belə təəccüblənirlər ki, satılmayan bir silah Şuşaya necə atılıb, onu İrəvana necə veriblər. Müharibə aparmağın öz qaydaları var. Ortada 1949-cu il Cenevrə konvensiyaları var ki, Ermənistan bu müharibə qaydalarının heç birinə əməl etmədi. Yəni ermənilər kişi kimi müharibə aparmadılar. Namərd davrandılar, ləyaqətsiz müharibə apardılar. Əslində buna heç təəccüblənmirəm, onlardan hər şey gözləmək olar. Elə raketlərlə bağlı da hər şey gözləmək olar. Bu adamlar üçün nə beynəlxalq hüquq, nə konvensiyalar əsas deyil. Öz havadarlarına arxayın olublar ki, onlara hər şey olar, amma Azərbayacana olmaz. Niyə beynəlxalq hüquq bəzi dövlətlərin əlində oyuncaq olmalıdır? Onlarda belə bir təsəvvür var ki, beynəlxalq hüquq bizim üçün məşğuliyyətdir və nə istəyiriksə, edə bilərik. Bizim kimi dövlətlər üçün isə beynəlxalq hüquq məcburiyyətdir və beynəlxalq hüquqa əməl etməliyik. Biz deyirik ki, sizinlə beynəlxalq hüququn bərabər hüquqlu subyektləriyik. Axı bu hüquq hamıya aiddir. Niyə sizə gələndə bunu məşğuliyyət, bizə gələndə isə məcburiyyət kimi qəbul edirsiniz? Görürsünüzmü ki, dünyada nə qədər böyük ədalətsizliklər var? Deməli, belə çıxır ki, beynəlxalq hüquq əslində güc hüququdur. Kimin gücü varsa, o da haqlıdır. Biz 30 ilə yaxın bir müddətdə aşkar gördük ki, beynəlxalq hüquq işləmir. Demək nə etmək lazım idi? Güclənmək. Güclənmək üçün isə möhkəm iqtisadiyyatın olmalıdır.

Ulu öndər Heydər Əliyevin gözəl kəlamı var- “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Həqiqətən də bu kəlam öz təsdiqini tapdı. Bizim güclü iqtisadiyyatımız olmasaydı, belə ordumuz ola bilərdimi? Yox. Güclü ordumuz olmasaydı, qalib gələ bilərdikmi? Əlbəttə, yox. Prezidentimizin, ordumuzun arxasında xalq dayanmasaydı qələbə qazana bilməzdik. Bunların hamısı bir-biri ilə məntiqi ardıcıllıqla bağlıdır. Ona görə də Azərbaycan həmişə güclü olmalıdır. Biz güclü olmağa məhkumuq. Çünki həmişə xatırlamalıyıq ki, Ermənistan kimi qonşumuz var. Arxayın ola bilmərik ki, torpaqları azad etdiksə, məsələ tam bitdi. Xeyr, bu belə deyil. Hərbi, diplomatik, mənəvi cəhətdən həmişə güclü olmalıyıq. Heç vaxt İrəvana arxayın ola bilmərik və onlar istənilən vaxt xəyanət və hücum edə bilərlər. Ancaq bu baş versə, cavablarını alacaqlar.

-Yaxın gələcəkdə açılması planlaşdırılan Zəngəzur dəhlizinin əhəmiyyəti barədə fikirlərinizi bilmək maraqlı olardı.

- Dəhlizin açılması, Türkiyə və Naxçıvanla birbaşa əlaqələrin qurulması kimi məsələlər bölgədə iqtisadi əməkdaşlığın genişləndirilməsi, əmin-amanlıq, sülh üçün vacibdir. Əslində bu amil Ermənistanın özü üçün də xeyirlidir. Sən axı dalana dirənmiş ölkəsən, heç bir dənizə də çıxışın yoxdur. Bir küncə sıxılmısan və özü də süni dövlətsən. Ermənistanı ona görə yaradıblar ki, ondan bizə qarşı istifadə etsinlər. Zamanında tarixi torpaqlarımızdan qoparıb sizə veriblər. İndi isə Türkiyə kimi ölkəyə torpaq iddialarınızı irəli sürürsüz. Əminəm ki, onların İrana da ərazi iddiaları olacaq. Hətta ermənilərin Rusiyaya da ərazi iddiaları var. Çar Rusiyası bu millətə dövlət yaratsa da, ermənilər bu gün Krasnodara belə iddialıdırlar ki, burada erməni muxtar vilayəti yaradılsın. Belə millət olmaz. Bu yalnız qəbilə, tayfa təfəkkürü ola bilər. İşğal olunmuş ərazilərimizə baxanda onların şəhərləri nə hala qoyduqları aşkar görünür. Ağdamı Qafqazın Xirosiması adlandırırlar. Bütün işğal etdikləri əraziləri yerlə-yeksan etdilər. Bu nə millətdir, nə xalqdır? Sadəcə vəhşilərdilər. Bu vəhşiliklərin ölçüsü, həddi-hüdudu yoxdur. O torpaqların günahı nə idi? 30 il ekoloji terror törətdilər. Hələ insanlığa qarşı cinayətləri, metroda, qatarlarda, avtobuslarda həyata keçirdikləri terror aktları haqqında danışmıram. Yəni ermənilərin əsl xisləti budur. Fikirləşirlər ki, hara gedirlərsə, orada bir erməni dövləti yaratmalıdırlar. Biz belə bir forpostla qonşuluq edirik. Azərbaycan torpaqlarında qurulmuş bu saxta, süni dövlətin əməllərinə baxmayaraq, yenə də bizim Ermənistana qarşı ərazi iddiamız yoxdur. Biz deyirik ki, gəlin sülh bağlayaq və sülh şəraitində yaşayaq. Əgər belə yaşayacaqsınızsa, buyurun. Yox, xalqımıza qarşı yenə hansısa təxribatlar törədəcəksinizsə, bunun cəzası ağır olacaq.

- Bu günlərdə Bakıda açılışı olan Hərbi Qənimətlər Parkı Azərbaycan üçün hansı əhəmiyyətə malikdir?

- Bu əslində xalqımızın mənəvi-psixoloji ruhunun daha da yüksəlməsi üçün çox gözəl bir addım idi. Biz müharibədə qalib gəlmişik. Vaxtilə işğalçılar deyirdilər ki, tanklarımız Bakıya qədər gələcəklər. Sizin tanklarınız paytaxtımıza gəldi, amma qənimət formasında. Bax, biz həm də bunu sübut etdik. Sübut etdik ki, siz busunuz, Azərbaycan qarşısında duruş gətirə bilmərsiniz. Bu cür park və muzeylərin yaradılması xalqımızın əhval-ruhiyyəsi, mənəvi-psixoloji durumu üçün olduqca vacibdir. Eyni zamanda, bu park dünyaya bir mesaj idi. Dünya görsün ki, Azərbaycanın gücü ilə hesablaşmaq lazımdır. Azərbaycan haqq işini başa çatdırıb, müharibədə qalib gələrək ərazilərini bərpa edib. Buyurun, gəlin, siz də işğalçılardan qalan qənimətlərə tamaşa edin. Prezident ADA-da əcnəbi qonaqlar qarşısında çıxış etdikdən sonra onlar gedib parkla tanış olmuşdular.

Amma Fransanın Ermənistandakı səfiri çox mənasız bir reaksiya verərək demişdi ki, müharibələr tamaşa predmeti olmamalıdır. Yəni qənimət kimi əldə edilən hərbi texnikalardan park düzəltmək onlara təsir etdi. Fransanın öz tarixində də bu cür hallar yaşanıb. Onların muzeylərində müharibələrdən əldə etdiyi xeyli sayda qənimətlər var və bu gün də onları dünyaya nümayiş etdirirlər. Sizə olar, bizə olmaz? Prezidentimiz xalqımıza və xarici ölkərə lazımi mesajlarını verdi və bu çox gözəl bir addım idi. Bu gün dünya belədir. Gücün varsa, haqlısan, gücün yoxdursa, sənə heç salam belə verməyəcəklər. Güc və yalnız güc!

- Ermənistanda hələ də revanşizm meyllərinin qalması təhlükəsizliyimizə hansısa formada təhdid yaradırmı?

-10 noyabr bəyanatından sonra xeyli sayda təxribat törədən terrorçu tutulmuşdu ki, hazırda onlar Azərbaycanda saxlanılır. Bu təxribatçılar cinayət məsuliyyətinə cəlb olunaraq cəzalarını alacaqlar. Ermənilər onların adını “hərbi əsir” qoyurlar. Guya bu əsirləri geri almayana qədər müharibə edəcəklər, onların əvəzini çıxacaqlar və s. Ermənilərə dəfələrlə izah olunub ki, beynəlxalq konvensiyaya əsasən, həmin şəxslər hərbi əsir sayıla bilməzlər. Noyabrın 10-da atəş dayandırıldı və müharibə bitdi. Dırnaqarası hərbi əsir adlandırılan terrorçular isə sonrakı dönəmlərdə sərhədlərimiz daxilində saxlanılıblar. Müharibədən sonra mənim mülki vətəndaşlarımı, əsgərlərimi öldürürsənsə, deməli, sən terrorçusan və cinayətkar kimi də məsuliyyətə cəlb olunacaqsan.

Ümumiyyətlə, revanşist qüvvələrin qisasçılıq hissinin bir neçə səbəbləri var. Əvvəla, onlar qəbullana bilmirlər ki, bizə məğlub oldular. Axı ermənilərin öz orduları haqqında mifləri vardı. 30 ildə güclü istehkamları da ona görə qurmuşdular ki, guya Azərbaycan xalqı bir daha ora qayıda bilməyəcəkdi. İndi qəfil ayılıblar, ordumuzun işğala artıq son qoyduğunu qəbul edə bilmirlər. Hazırkı durumunuzu artıq öz rəhbərlərinizdən soruşun. İkincisi isə onlar həmişə havadarlarına arxayın olublar. Eyni zamanda, ermənilər hərbi əməkdaşlıqla bağlı müqavilələri olan Rusiyaya arxayın idilər. Guya Rusiya ermənilərin əvəzindən regiona gəlib vuruşmalı idi. Rusiya sizin əvəzinə niyə müharibə etməlidir ki? Onsuz da sizə silahı pulsuz verdilər. Əgər döyüşə, müharibə apara bilmir, pay verilmiş silahlardan bisavadlıqla istifadə edirsinizsə, bu artıq sizin günahınızdır. İndiki durumunuz Azərbaycanın günahı deyil.

Bizim əsgərlərimiz çox savadlı şəkildə müharibə taktikaları qurdu, hərbçilərimiz əlində olan müasir texnikaları gözəl idarə etmək qabiliyyətini göstərdilər. Ordumuzun şücaəti, yüksək döyüş ruhu göründü. Bəs sənin əsgərinin nəyi var? Hamısı silah-sursatı qoyub qaçdı. Komandirləri belə döyüş meydanından qaçırdı. Bax belə qorxaq millətsiniz. Elə bilirsiz ki, torpaqlarmızı öz gücünüzə işğalda saxlayırdınız? Böyük Ermənistan olduğunuzu düşünürdünüz. Amma məlum oldu ki, heç nəyə dəyməyən bir kiçik ölkəsiz. Bu ölkənin prezidenti də, baş naziri də, elə sadə vətəndaşları da anadan olandan beyinləri guya dənizdən dənişə böyük ölkələrinin olması ilə zəhərlənir. Heç vaxt "Böyük Ermənistan" olmayıb. Tiqrandan danışırlar. Tiqran kimdir axı? Uydururlar, şişirdirlər. Onlar əslində 14-cü əsrdə Mesopatamiyada dilənçi, tayfa formasında yaşayıblar. Türkiyəyə köçdükdən sonra Azərbaycana gəliblər. Beləcə, sizə yaşamağa yer verən Azərbaycana qarşı torpaq iddiası ilə çıxış etdiniz. Bax, bu revanşist hisslər belə düşüncələrdən doğur. Hələ də düşünürlər ki, görün biz hansı gözəl yerləri əldən verdik. Halbuki, siz zamanında orada normal şəraitdə yaşayırdınız. Ermənilər Bakıda da yaşayıb, yaxşı yerlərdə işləyirdilər. Nəyiniz çatmırdı ki, xəyanət etdiniz? 1915-ci ildə "erməni soyqırımını" uydurduqları kimi, Azərbaycana da gəlib ərazi məsələlərini uydurdular. Revanşist hisslər boşuna yaranmayıb. Düşünürlər ki, niyə uduzduq, bunun qisasını almalıyıq və s. İstəyirlər yenidən müharibə alovlansın. Ancaq bütün bunlar boş istəklərdir. Artıq qatar gedib reallıqlar tamamilə dəyişib. Reallıqları diktə edən Azərbaycandır. Əgər normal yaşamaq istəyirlərsə, danışıqlar masası arxasında əyləşib bəyanatlarda göstərilən müddəalara əməl etsinlər. Ondan sonra sülh müqaviləsi haqqında danışıqlar aparmaq olar.

Müxbir: Bəxtiyar Məmmədov
Tural Tağıyev
Video: Əhməd Xəlilov

Azvision.az


Teqlər: ZiyafətƏsgərov  





Xəbər lenti