Azərbaycanda nazir koronavirusa yoluxdu

  21 Aprel 2021    Oxunub : 1947
Azərbaycanda nazir koronavirusa yoluxdu
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov koronavirusa yoluxub.
Bu barədə Azvision.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Nazirdə yeni növ koronavirus (COVID-19) infeksiyası üçün götürülən analiz nümunələrinin nəticəsi müsbət çıxdığından o, bir müddətdir karantinə alınıb. Anar Kərimov 16 aprel 2021-ci il tarixindən müalicə olunur və hazırda vəziyyəti stabildir.

Anar Kərimovla yaxın təmasda olan Mədəniyyət Nazirliyinin əməkdaşlarının da qaydalara uyğun olaraq karantinə alındığını və bir müddətdir fəaliyyətlərini məsafədən həyata keçirdiklərini bildiririk", - məlumatda qeyd olunub.

Azvision.az

Teqlər: Nazir   Koronavirus