Türkiyənin yeni səfiri işə başladı

Türkiyənin yeni səfiri işə başladı
  21 Aprel 2021    Oxunub:2213
Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağçı vəzifəsinin icrasına başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə səfirliyinin “Facebook” səhifəsində məlumat paylaşılıb.

“Cahit Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəldi və səfirlik personalı tərəfindən qarşılandı. Səfirlik heyəti ilə görüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başladı", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, C.Bağçı bu vəzifədə diplomatik missiyası başa çatmış Erkan Özoralı əvəz edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: CahitBağçı  





Xəbər lenti