COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı

  21 Aprel 2021    Oxunub : 1247
   COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 680 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 459, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 221 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 366 890, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 908 672, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 458 218 təşkil edir.

Azvision.az

Teqlər: Peyvənd