Fransada karantin qaydaları yumşaldılır

Fransada karantin qaydaları yumşaldılır
  21 Aprel 2021    Oxunub:1767
Fransada koronavirus pandemiyası fonunda tətbiq edilən bir sıra məhdudiyyətlər 3 may tarixində aradan qaldırılacaq.
Azvision.az xəbər verir ki, bu barədə hökumət sözçüsü Qabriel Attal deyib.

"3 mayda bölgələr arasında hərəkət məhdudiyyətləri və səfərin səbəblərini göstərmək üçün tələb olunan sənəd ləğv ediləcək. May ayının ortalarından etibarən bəzi restoranlar və mədəniyyət müəssisələri açılacaq", - o bildirib.

Xatırladaq ki, aprel ayının əvvəllərindən etibarən, koronavirus pandemiyasının üçüncü dalğası fonunda Fransada yeni karantin tədbirləri tətbiq olunub. Həmin tədbirlərə əsasən, xüsusi bir sertifikat olmadan ölkə vətəndaşları evdən 10 kilometrdən çox uzaqlaşa bilməz, bölgələr arasında səyahət məhduddur. Bundan əlavə, ölkədə saat 19.00-dan 6.00-dək komendant saatı qüvvədədir. Oktyabr ayının sonundan bəri ölkədə kafe, restoran, bar, mədəniyyət müəssisələri - muzeylər, teatrlar, kinoteatrlar qapalı qalır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Fransa   Koronavirus   Pandemiya  





Xəbər lenti