Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artdı

   Türkiyədə koronavirusdan gündəlik ölüm sayı artdı
  22 Aprel 2021    Oxunub:1785
Türkiyədə son sutka ərzində 362 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 61 min 967 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 446 min 591, pandemiya qurbanlarının sayı isə 36 min 975 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 844 min 342 pasiyent (son sutkada 52 213 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti