Zelenski iki erməni iş adamına sanksiya tətbiq etdi

 Zelenski iki erməni iş adamına sanksiya tətbiq etdi
  22 Aprel 2021    Oxunub:2319
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qaçaqmalçılıqla əlaqəli hüquqi və fiziki şəxslərə dair 15 aprel tarixli qərarı qüvvəyə minib.
Azvision.az xəbər verir ki, bununla bağlı Prezident Vladimir Zelenski fərman imzalayıb.

Müvafiq fərman dövlət başçısının saytında dərc edilib. Qərara əsasən 13 ölkə vətəndaşına və 95 şirkətə qaçaqmalçılıqla əlaqədar sanksiya tətbiq edilib.

Fiziki şəxslərin ikisi Rusiya vətəndaşı, daha iki nəfəri isə erməni əsilli şəxsdir. Onlar Araik Amirxanyan və Tiqran Melkonyandır.

Araik 2019-cu ildə Ukrayna vətəndaşlarını qanunsuz yollarla Krım üzərindən Rusiyaya keçirdiyi üçün həbs edilmişdi. Eyni zamanda, ona qarşı Ukrayna müəssisələrinin təxminən 20 milyon qrivna (700 min ABŞ dollarından çox) məbləğində əmlakını qanunsuz ələ keçirmə ittihamı irəli sürülmüşdü.

Qeyd edək ki, Araik Amirxanyan Ukrayna vətəndaşlığından məhrum edilib.

Odessadan olan iş adamı Tiqran Melkonyanın “Skaylayn” şirkətinə 2018-ci ildə Livandan qaçaqmal yolu ilə siqaret daşınmasına görə cinayət işi açılıb. O, bir neçə il qaçaqmalçılıq cinayəti üzrə təqib olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VladimirZelenski  





Xəbər lenti