Ermənistanda atışma olub, yaralılar var

 Ermənistanda atışma olub,  yaralılar var
  22 Aprel 2021    Oxunub:2466
Ermənistanın Eçmiədzin şəhərində atışma olub.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, insident nəticəsində bir neçə nəfər yaralanıb.

Ağır xəsarətlər alan 60 yaşlı Tital Sloyan xəstəxanaya yerləşdirilib. Onu 41 yaşlı qohumu Aziz Sloyan yaralayıb. Həmçinin, avtomatla silahlanmış şəxs polis əməkdaşlarının olduğu istiqamətdə atəş açıb.

A.Sloyanı polislər zərərsizləşdirib. O, yaralı olduğu üçün xəstəxanaya yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Atışma  





Xəbər lenti