Arutyunyan təcili Moskvaya çağırıldı

  22 Aprel 2021    Oxunub : 1319
 Arutyunyan təcili Moskvaya çağırıldı
Dağlıq Qarabağdakı keçmiş separatçı rejimin rəhbəri Arayik Arutyunyan Rusiyaya gizli səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Bildirilib ki, Arutyunyan təcili Moskvaya çağırılıb.

"Əldə etdiyimiz məlumata görə, dünən Arayik Arutyunyan təcili olaraq Moskvaya çağırılıb. Onun Rusiyaya “təlimat”landırılması üçün çağırıldığı ehtimal edilir. Rusiya xüsusi xidmət orqanları Arayikin Ermənistan rəhbərliyinə itaətkar davranışından narahatdır və onu "özünə gətirməyə" çalışacaqlar. Etibarlı mənbəmiz onu da deyib ki, Arayik tanınmamış “respublika”nın rəhbəri olduğu üçün rəsmi qaydada qəbul olunmayacaq. Çox güman ki, Kremli narahat edən amil Arutyunyanın maddi cəhətdən Ermənistan səlahiyyətlilərindən asılı hala gəlib, bir növ İrəvana qandallanmasıdır. Lusine Avanesyana Arayikin Moskvaya getməsi xəbərinin doğru olub-olmaması barədə sorğu göndərdik. O, "hazırda danışacaq bir sözüm yoxdur. Hələlik bu məsələ ilə bağlı heç bir şərhim olmayacaq" deyib. Səfər inkar edilmirsə, deməli, mənbəmiz doğru məlumat ötürüb”,- deyə məlumatda qeyd olunub.

Tural Tağıyev
Azvision.az

Teqlər: Arayik   Moskva