Rusiya Krıma doğru körpü tikir

Rusiya Krıma doğru körpü tikir
  03 Mart 2014    Oxunub:1839
Bu barədə Rusiya baş nazir Dmitri Medvedev göstəriş verib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Krımla Rusiyanı birləşdirəcək körpünün tikintisi başlayıb. Kerç boğazı üzərindən keçəcək körpü Rusiyanın Krasnodar diyarı ilə Krım Muxtar Respublikasını birləşdirəcək.

Öz müavinləri ilə müşavirə keçirən Medvedev tikinti işinin “Rosavtodar” şirkəti tərəfindən tikiləcəyini məlumat verib.

“Ukrayna bizim vacib ticarət-iqtisadi tərəfdaşımızdır və bundan sonra da belə olacaq. Biz diqqətlə oradakı situasiyanı izləyirik. Lakin bizim ötən ilin dekabrında imzalanan və bunu icra etməyə məcbur edən sənədlər var”-deyə Medvedev bildirib.

Xatırladaq ki, 2013-cü ilin dekabrında və yanvarında Rusiya ilə Ukrayna arasında Kerç boğazında keçməklə körpünün salınması barədə razılıq əldə olunmuşdu. 450 kilometrlik körpü Rusiyanın Novorossiysk və Krımın Herson şəhərlərini birləşdirəcək.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti