Yazıçılardan Rəşad Məcidə tutarlı CAVAB

Yazıçılardan Rəşad Məcidə tutarlı CAVAB
  03 Mart 2014    Oxunub:1383
AYB-nin gənclər üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid İnterpress.az saytına verdiyi müsahibədə AYB və onun bədii orqanları haqqında fikirlərini bölüşüb. O, Qulu Ağsəsi “Ulduz” jurnalında baş redaktor, İlqar Fəhminin AYB-nin gənclər üzrə katib, Əsəd Cahangirin isə “Ədəbiyyat qəzet”ində yüksək vəzifədə görmək istədiyini bildirib.

Xatırladaq ki, Rəşad Məcidin AYB sədri ola bilmə ehtimalına xalq yazıçısı Anar da loyal yanaşmışdı. Bu baxımdan müsahibədə adı hallananların mövqeyini öyrənməyi vacib hesab etdik.

““Ədəbiyyat qəzeti” ədəbi proseslərdən kənarda qalır”

Əsəd Cahangir: “ Buna görə Rəşad Məcidə mənim bircə sağ ol deməyə haqqım çatır. Amma çox sağ olsun ki, mənim AYB-dəki 15 illik fəaliyyətimi qiymətləndirir. Çox obyektiv adamdır. Onun gözəl zövqü və istedadı var. Bəzən bircə cümləsi olmayan adam gəlir, savadı və zövqü olan insana ədəbiyyat dərsi keçir. Bax, ən böyük absurd bundan ibarətdir. Mənə elə gəlir ki, “Ədəbiyyat” qəzetində istənilən halda kadr dəyişikliyinə ehtiyac var. Ayaz müəllim tanınmış ziyalımızdır, Füzulişünasdır. Mənim ona çox böyük hörmətim var. Bu o demək deyil ki, mən onun əleyhinə danışıram. Amma mənə elə gəlir ki, artıq o 15 ildən çoxdur ki, orada işləyir . Qəzetin yeniləşməyə ehtiyacı var. Qəzet müsir dövrlə ayaqlaşmalıdır. Ən azından heç olmasa dizaynı dəyişməlidir. İçərisindəki materiallar müasir ədəbi prosesi əks etdirməlidir. Ədəbiyyat tarixi ilə məşğul olmalı deyil. Qəzet AYB-nin ən cari orqanıdır. O biri orqanlar tutaq ki, ayda bir dəfə çıxırsa bu yeganə orqandır ki, həftədə bir dəfə çıxır. Deməli həftə ərzində baş verən hadisələrə ən aktiv reaksiyanı bu qəzet bildirə bilər. Bu qəzetdə daha çox ədəbiyyatşünaslıq və yubiley materialları dərc olunur. Bu ona gətirib çıxarır ki, qəzet ədəbi prosesdən kənarda qalır. “525-ci qəzet”, “Kaspi” ədəbiyyat qəzeti deyil, amma onlar ədəbi prosesə daha fəal müdaxilə edirlər, yönləndirlər, əks etdirirlər, nəinki ədəbiyyat qəzeti. Bu gün ədəbi cəmiyyətin ən ciddi imzalarının yazılarını da oradakı “525-ci qəzet” verir. Ədəbiyyatın prosesual mərkəzi artıq “525-ci qəzet”də cəmləşib. Amma “Ədəbiyyat” qəzeti yenidən qayıda bilər, müdaxilə etmək imkanları var. Qoy lap Ayaz müəllim qalsın işləsin, söhbət təkcə Ayaz müəllimdən getmir. Əgər 15 il ərzində kimsə qəzetə bu cür münasibət bəsləsə idi, yenə də eyni fikiri deyərdim”.

“Dostlarım məni müxtəlif vəzifələrdə görür”

Qulu Ağsəs: “Rəşad müəllim sədr olanda özü desə mən mövqeyimi bildirərəm. Bu dəqiqə nağd Yazıçılar Birliyinin sədri Anardır, qurultaydan sonra da güman edirəm ki, o özü olacaq. Əgər Anar desəydi qurultaydan sonra Qulunu qoyaq, mən də öz mövqeyimi bildirərdim. Mənim dostlarım məni müxtəlif vəzifələrdə görürlər. Mən Rəşad Məcidə təşəkkür edirəm. Amma qoy, sədr olanda onu etsin”.

“Bunlar hamısı qurultaydan sonra qəbul ediləcək qərarlardır”

İlqar Fəhmi: “Rəşad Məcid Yazıçılar Birliyinin gənclər katibidir. O özü bu işlərin ağırlığını , çətinliyini bilir. Çünki o 10 ilə yaxındır ki, həmin vəzifədədir. Katib vəzifəsi ağır, məsuliyyətli işdir. O mənada ki, müxtəlif cür insanlar gəlir, özünü istedadlı sayır. Hərənin bir kaprizi var. Onunla oynamaq o qədər də asan deyil. Rəşad bunu öz səbrini basıb edə bilirdi. O özündən sonra kimi görürsə, o ürəyində fikirləşir ki, kim bu işi bacarar, kim səbr sahibidir ki, müxtəlif düşüncəli insanlarla işləsin. Ümumiyyətlə, Rəşad Məcid bir neçə adamın adını çəkir ki, filankəsi filan yerdə görürəm. Bunlar hamısı qurultaydan sonra uzun məsləhətləşmələr əsasında qəbul ediləcək qərarlardır”.

AzVision.az


Teqlər:





Xəbər lenti