Britaniya səfiri Bərdəyə getdi - FOTO

Britaniya səfiri Bərdəyə getdi -  FOTO
  22 Aprel 2021    Oxunub:2047
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bərdə şəhərinə səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

Diplomat Bərdə İcra Hakimiyyətinin başçısı Vidadi İsayevlə görüşdüyünü və Böyük Britaniyanın maliyyələşdirdiyi enerji səmərəliliyi layihəsinin bölgələrdə faydalarını müzakirə etdiyini bildirib.

Səfir İmamzadə türbəsini də ziyarət edib.

“Bərdədə yerləşən tarixi dini-memarlıq abidəsi İmamzadə türbəsini böyük zövqlə gəzdim. Türbənin memarlığı və inşasında istifadə olunan şərq elementləri çox gözəldir”.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bərdə   Britaniya   Səfir  





Xəbər lenti