Oruc Məmmədov 6 ay əvvəl işdən çıxarılıb - Agentlik

   Oruc Məmmədov 6 ay əvvəl işdən çıxarılıb -    Agentlik
  22 Aprel 2021    Oxunub:3155
"Bir sıra KİV və sosial media səhifələrində Məmmədov Oruc Nüsrət oğlunun həbs edilməsi ilə bağlı yayılan məlumatlarda onun 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının sədri kimi qeyd edilməsi doğru deyil".
Azvision.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.

Qeyd olunub ki, O.Məmmədov əmək funksiyalarının icrasında yol verdiyi kobud nöqsanlara görə hələ 26 oktyabr 2020-ci il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə həmin komissiyanın sədri vəzifəsindən azad edilib.

"6 ay əvvəl vəzifəsindən azad edilmiş şəxsin yenə də həmin vəzifədə olması kimi qələmə verilməsi əsassızdır və yolverilməzdir", - məlumatda vurğulanıb.

Azvision.az


Teqlər: Oruc-Məmmədov   Sosial   Ekspertiza  





Xəbər lenti