Lukaşenko Rusiyada səfərdədir

Lukaşenko Rusiyada səfərdədir
  22 Aprel 2021    Oxunub:1776
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyada səfərdədir.
Azvision.az xəbər verir ki, Belarus liderini Rusiya xarici işlər nazirinin müavini Aleksandr Rudenko və bu ölkənin Moskvadakı səfiri qarşılayıb.

Məlumata görə, səfər çərçivəsində Belarus Prezidenti rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Tərəflər iki ölkə arasında əlaqələr, ticari-iqtisadi sahədə əməkdaşlıq, COVID-19 pandemiyası ilə mübarizə, beynəlxalq gündəlikdə duran məsələlər, həmçinin regional vəziyyəti müzakirə edəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Lukaşenko  





Xəbər lenti