"Rusiyanın sərhədləri yaxınlığında NATO-nun fəallığı artıb" - Şoyqu

 "Rusiyanın sərhədləri yaxınlığında NATO-nun fəallığı artıb" -  Şoyqu
  22 Aprel 2021    Oxunub:2818
Şimali Atlantika İttifaqı Rusiyanın cənub sərhədləri yaxınlığında hərbi aktivliyini əhəmiyyətli dərəcədə artırıb.
Azvision.az xəbər verir ki, bu barədə Krımda olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib.

"Bu bölgədə NATO blokunun hərbi fəallığı əhəmiyyətli dərəcədə artır. Kəşfiyyat fəaliyyəti, əməliyyat hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır", - Şoyqu vurğulayıb.

Qeyd edək ki, bu gün Krımdakı Opuk poliqonunda Rusiya Silahlı Qüvvələrinin təlimləri başlayıb. Təlimlərdə 10 mindən çox hərbçi, 1,2 min ədəd texnika və 40 döyüş gəmisi iştirak edir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyŞoyqu   Rusiya  





Xəbər lenti