Ermənistanda repressiya maşını işə salınıb

  22 Aprel 2021    Oxunub : 2016
 Ermənistanda repressiya maşını işə salınıb
Bu gün Ermənistanın Mehri şəhərinin meri Mxitar Zakaryanın saxlanılması erməni cəmiyyətində narazılıqla qarşılanıb.
Azvision.az -ın məlumatına görə, məsələ ilə bağlı yerli mediaya açıqlama verən Sünikin keçmiş qubernatoru Vahe Akobyan deyib ki, Zakaryanın xuliqanlıqda ittiham edilərək saxlanılması absurd qərardır. O, Paşinyan hakimiyyətinin repressiya maşınını işə salmasından gileylənib:

“Bu, hökumətin ruhumuzu sındırmağa çalışan repressiv maşınının gördüyü işlərin nəticəsidir. Bu gün saat 18:30-da Aram Manukyanın abidəsi önündə mitinq keçirmək üçün toplanacağıq".

Bundan əlavə, Şurnux sakini Ararat Ağabekyanın tutulma görüntülərinə toxunan keçmiş qubernator onun üç müharibədə iştirak etdiyini xatırladıb.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın aprelin 21-də Zəngəzur vilayətinin Mehri və Aqarak şəhərlərinə səfəri zamanı yerli sakinlər baş nazirin avtomobilinə və mühafizəçilərinə hücum ediblər. Bundan sonra baş nazirin tapşırığı əsasında etirazçılar və aksiyaları təşkil edənlərin həbsi başlanılıb. Mehri şəhərinin meri Mxitar Zakaryan isə etirazçılara dəstək verdiyi üçün qandallanıb.

Tural Tağıyev
Azvision.az

Teqlər: Mer   Ermənistan   Repressiya