Fransalı hüquqşünas: Ağdam xəritədən silinmək üzrədir

      Fransalı hüquqşünas:    Ağdam xəritədən silinmək üzrədir
  22 Aprel 2021    Oxunub:3321
Müharibənin, zorakılığın miqyasını görmək, onların doğura biləcəyi mənfi nəticələri görmək üçün hadisə yerində olmaq çox əhəmiyyətlidir. Bütün şəhər darmadağın edilib və xəritədən silinmək üzrədir.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ağdamda səfərdə olan fransalı hüquqşünas Eliz Arfi bildirib.

O qeyd edib ki, Fransada çox sayda erməni yaşayır və bu baxımdan Ermənistan tərəfindən işğal edilən, rəsmən Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağla bağlı mövqe həssasdır. “Biz Fransada bu məsələ ilə bağlı baxışları və fikirləri tarazlaşdırmaq üçün buradayıq”, - deyə hüquqşünas əlavə edib.

Azvision.az


Teqlər: Ağdam  





Xəbər lenti