Rusiya səfiri Tsarukyanla görüşüb

Rusiya səfiri Tsarukyanla görüşüb
  22 Aprel 2021    Oxunub:2046
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanla görüşüb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə bölgədə müharibədən sonrakı vəziyyət, “erməni əsirlər”, daxili siyasi gündəmin əsas məsələləri müzakirə edilib.

Kopırkin deyib ki, Tsarukyan Rusiya ilə əlaqələrin möhkəmləndirilməsini davamlı olaraq müdafiə edən erməni müxalifətinin liderlərindən biridir.

"Bu, xüsusilə Ermənistan, bölgə və dünya üçün belə çətin bir dövrdə son dərəcə vacibdir. Partiyanızın və sizin şəxsi dəstəyiniz Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsində bizim üçün çox vacibdir”, - səfir vurğulayıb.

Tsarukyan Ermənistan-Rusiya müttəfiq münasibətlərinin inkişafının alternativinin olmadığını bildirib.

"Siyasi, iqtisadi və strateji qarşılıqlı əlaqələrin inkişafı birmənalı şəkildə zəruridir. Erməni və rus xalqlarının ortaq gələcəyi var. 15 ildir mən ölkələrimizin birgə səylərlə inkişaf etməsinin lazım olduğunu söyləyirəm".

O, Ermənistanın daxili siyasi səhnəsində anti-Rusiya əhvalının yolverilməzliyini vurğulayıb. Əlavə edib ki, Rusiya əleyhinə fəaliyyət göstərənlər eyni zamanda Ermənistanın mənafeyinə qarşı çıxırlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: QaqikTsarukyan   Rusiya   Ermənistan  





Xəbər lenti