YAP Hüseynbala Mirələmovun məsələsinə baxacaq

  22 Aprel 2021    Oxunub : 2678
 YAP Hüseynbala Mirələmovun məsələsinə baxacaq
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin sabah keçiriləcək iclasında YAP-ın Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun məsələsinə baxılacaq.
Bu barədə Azvision.az-a partiyadan məlumat verilib.

Bildirilib ki, bununla bağlı məsələ İdarə Heyətinin gündəliyinə daxil edilib.

Qeyd edək ki, Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Azvision.az

Teqlər: YAP   Hüseynbala-Mirələmov