Peyvənd olunanların sayı açıqlandı

 Peyvənd olunanların sayı açıqlandı
  22 Aprel 2021    Oxunub:2185
Aprelin 22-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 15 min 77 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 9205, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 5872 nəfərdir.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 381 min 967-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 917 min 877, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 464 min 90 nəfərdir.



Azvision.az


Teqlər: Peyvənd  





Xəbər lenti