“Böyük Qayıdış” müsabiqəsinin sonuncu mərhələsi keçiriləcək

“Böyük Qayıdış” müsabiqəsinin sonuncu mərhələsi keçiriləcək
  22 Aprel 2021    Oxunub:2608
Aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin növbəti -pitçinq mərhələsi keçiriləcək .
Nazirlikdən Azvision.az -a bildirilib ki, bu mərhələdə bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçiləcək.

Müsabiqənin pitçinq mərhələsi canlı yayım formasında Dövlət Film Fondunun yeni yaradılan rəsmi “YouTube” kanalında ictimaiyyətə nümayiş etdiriləcək. Pitçinqdə layihələrin təqdimatı müəlliflər tərəfindən həyata keçiriləcək, iştirakçılar layihələrini açıq pitçinqdə müdafiə edəcəklər. Bu mərhələdə münsiflər heyətinin rəyi əsasında müəyyən ediləcək ən yaxşı layihələr aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi internet saytında (www.mct.gov.az) və “Mədəniyyət” qəzetində elan ediləcək.

Qeyd edək ki, qalib layihələr (5 bədii, 4 sənədli , 1 animasiya filmi) onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə təminatı əsasında istehsal olunacaq.

Azvision.az



Teqlər: BöyükQayıdış  





Xəbər lenti