Türkiyədə daha bir zəlzələ olub

  23 Aprel 2021    Oxunub : 924
Türkiyədə daha bir zəlzələ olub
Egey dənizində 4,2 bal gücündə zəlzələ olub. Yeraltı təkanlar Türkiyənin Muğla vilayətinin Datça rayonuna yaxın bölgədə baş verib.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar Türkiyə vaxtilə dünən saat 22:49-da qeydə alınıb. Dağıntı və xəsarət alanlarla bağlı məlumat yoxdur. Zəlzələ əhali arasında təşvişə səbəb olub.

Xatırladaq ki, Türkiyənin Muğla vilayətində son günlər ərzində ard-arda bir neçə zəlzələ olub.

Azvision.az

Teqlər: Türkiyə   Zəlzələ