ABŞ hərbi gəmiləri Qara dənizə girir

ABŞ hərbi gəmiləri Qara dənizə girir
  03 Mart 2014    Oxunub:1049
Ukraynada fəaliyyət göstərən Hərbi Araşdırmalar Mərkəzinin mütəxəssisi Dmitriy Timçuk Aralıq dənizində yerləşən hərbi gəmilərin Qara dənizə doğru hərəkət etdiyini bildirib.

ABŞ-ın 6-cı dəniz donanmasına məxsus olan hərbi gəmilərlə bağlı məlumat verən Dmitriy Timçukun bildirdiyinə görə, bu gəmilər 7 mart tarixində Qara dənizdə olacaq.

Onun söylədiyinə görə, hərbi donanmaya məxsus gəmilər 27 fevral tarixində Aralıq dənizin şərqinə getmək əvəzinə anidən plan dəyişdirərək Egey dənizinə daxil olublar. Həmin gəmilərin boğazlardan nə vaxt keçəcəyi ilə bağlı dəqiq məlumatın olmadığını bildirən Timçuk gərgin olan vəziyyəti bu açıqlaması ilə daha da gərginləşdirib.

Emin Piri


Teqlər:  





Xəbər lenti