ABŞ-ın Bağdaddakı hərbi bazası atəşə tutulub

  23 Aprel 2021    Oxunub : 913
ABŞ-ın Bağdaddakı hərbi bazası atəşə tutulub
Bağdad Beynəlxalq Hava Limanındakı ABŞ hərbi bazası raket atəşinə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə “ əl-Sumaria” kanalı təhlükəsizlik orqanlarına istinadən məlumat yayıb.

"Bağdad hava limanı yaxınlığındakı Amerika hərbi bazasına üç raket atılıb", - məlumatda vurğulanıb.

Bir raketin isə bazanın uçuş-enmə zolağının yaxınlığına düşdüyü qeyd edilib. Söhbət “Qələbə” bazasından gedir.

Daha əvvəl İraq baş nazirinin milli təhlükəsizlik müşaviri Qasem al-Arac Bağdad və Vaşinqtonun ölkə ərazisində xarici hərbi bazaların olmayacağına dair razılığa gəldiklərini söyləyib. Vaxt daha sonra texniki məsləhətləşmələrdə müəyyənləşdiriləcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Bağdad