Yuliya Timoşenko xalqa müraciət etdi - VİDEO

Yuliya Timoşenko xalqa müraciət etdi - VİDEO
  03 Mart 2014    Oxunub:884
“Ukraynaya qarşı müharibə Qərbə qarşı müharibə demək olacaq”
Putin Ukraynaya müharibə elan edərsə, ABŞ və Böyük Britaniyaya da müharibə elan etmiş olar. Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko xalqa telemüraciətində belə deyib. “Vladimir Putin yaxşı anlayır ki, bizə qarşı müharibə başlamaqla həm də Ukraynanın təhlükəsizliyinin əsas qarantlarına- ABŞ və İngiltərəyə müharibyə başlamış olacaq. Rusiyanın bu xətti keçəcəyinə inanmıram. Əks halda yüz faiz uduzacaq. Biz öz ölkəmizdə qeyri-sabitliyə rəvac verməməliyik. Təcavüzkar elə bunu istəyir. Bu gün bizim əsas silahımız sakitlikdir”.



AzVision.az


Teqlər:  





Xəbər lenti