Növbəti hərracın vaxtı dəyişdirildi

  23 Aprel 2021    Oxunub : 1391
Növbəti hərracın vaxtı dəyişdirildi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti mayın 11-də keçirməyi planlaşdırdığı növbəti hərracın vaxtını mayın 18-nə dəyişib.
Bu barədə Azvision.az -a nazirlikdən məlumat verilib.

Məlumata görə, dəyişikliyə səbəb mayın 11-nin Nazirlər Kabinetinin qərarı ilə qeyri-iş günü elan edilməsidir. Hərraca 123 dövlət əmlakı çıxarılacaq. Bunlardan 40-ı səhmdar cəmiyyəti, 22-si kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 61-i isə nəqliyyat vasitəsidir. Əmlakların tam siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/3efgWih)

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Dövlət Xidmətinin internet səhifəsində (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalında (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Hərrac günü prosesə marağı olanlar həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Azvision.az

Teqlər: Hərrac