Ter-Petrosyan Paşinyana görə peşmandır

  23 Aprel 2021    Oxunub : 2192
 Ter-Petrosyan Paşinyana görə peşmandır
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan baş nazir Nikol Paşinyanı dəstəklədiyi üçün açıq-aşkar peşman olmağa başlayıb.
Azvision.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Qeyd edilib ki, buna səbəb 2018-ci ildən sonra hər cür dəstəyi göstərdiyi Nikol Paşinyanın ölkəni məhvə apardığına əmin olmasıdır. Artıq Ter-Petrosyan Paşinyanı tənqid etməyə başlayıb.

“Bir neçə gün əvvəl Levon Ter-Petrosyan Paşinyanın "Sünik kampaniyası" ilə bağlı "Sadizmin ən iyrənc təzahürü" başlıqlı açıqlama yayımladı. Birinci prezident burada baş verənləri ciddi tənqid etdi. Aydındır ki, Ter-Petrosyan bu "pisliyi" yetişdirdiyinə, onu dəstəklədiyinə görə artıq peşman olub”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: NikolPaşinyan