Polşa səfiri Rusiya XİN-ə çağırıldı

  23 Aprel 2021    Oxunub : 1373
 Polşa səfiri Rusiya XİN-ə çağırıldı
Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevski Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, səfir üç rusiyalı diplomatın Polşadan çıxarılması ilə bağlı XİN-ə çağırılıb.

Qeyd edək ki, 15 apreldə Polşa Rusiya səfirliyinin 3 diplomatının "persona non qrata" elan edildiyini bildirib. Buna cavab olaraq Rusiya XİN Moskvadakı 5 Polşa diplomatını ölkədən çıxaracağını deyib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Rusiya   Polşa   Səfir