Ermənistanda nazir istefa verdi

 Ermənistanda nazir istefa verdi
  23 Aprel 2021    Oxunub:1844
Ermənistanın əmək və sosial məsələlər naziri Mesrop Arakelyan istefa verib.
Azvision.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.

Arakelyan bildirib ki, müharibədən sonrakı dövrdə bu məsuliyyəti yalnız bir məqsəd – insanlara üzləşdikləri sosial problemlərin həllində kömək üçün öz üzərinə götürüb.

"Qarabağın sosial böhrandan çıxdığını, inkişaf proqramları və mənzil tikintisi mərhələsinə qədəm qoyduğunu deyə bilərik, sosial problemlərin aşılacağını düşünürəm".

Arakelyan 20 noyabr 2020-ci ildə nazir vəzifəsinə təyin edilib. Bundan əvvəl Ermənistan baş nazirinin müşaviri vəzifəsində çalışıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Nazir   İstefa  





Xəbər lenti