Doğu Perinçek: “Azərbaycan haqlıdır, məhkəmələri biz qazanacağıq” - VİDEO

      Doğu Perinçek:    “Azərbaycan haqlıdır, məhkəmələri biz qazanacağıq”  -  VİDEO
  23 Aprel 2021    Oxunub:4432
“Azərbaycanın Ermənistana qarşı təzminat məhkəmələrində uğur qazanacağına inanıram”.
Azvision.az xəbər verir ki, bunu türkiyəli siyasətçi, Avropa İnsan Haqları Məhkəməsində ermənilərə qarşı mübarizədə qələbə qazanmış Doğu Perinçek AzTV-nin “Əsas məsələ” proqramına müsahibəsində deyib.

O, həqiqətlərin Azərbaycan xalqının tərəfində olduğunu bir daha xatırladıb:

“Təzminat addımları doğrudur, haqlıdır, yerindədir. Mən beynəlxalq məhkəmələrdə uğur qazanacağımıza inanıram. Çünki həqiqətlər bizdən yanadır. Mən də millətimiz üçün, Azərbaycan dövləti və xalqı üçün əlimdən gələni edəcəyəm”.



Türkiyənin “Ulusal” televiziya kanalında da Azərbaycan Televiziyasının “Əsas məsələ” proqramında Ermənistanın beynəlxalq məhkəməyə verilməsi perspektivlərinin müzakirəsi ilə bağlı reportaj yayımlanıb. Doğu Perinçekin fikirlərinə xüsusi yer ayrılıb.

Məlumat üçün bildirək ki, D.Perinçek 2005-ci ildə İsveçrədə olarkən 1915-ci ildə ermənilərə qarşı hər hansı soyqırımı edilmədiyini dediyi üçün saxlanılmışdı. Onun barəsində 90 gün müddətinə həbs qərarı çıxarılmışdı.

Daha sonra Perinçek-İsveçrə məhkəməsi başlamış, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci ildə siyasətçinin lehinə qərar çıxarmışdı. Məhkəmənin qərarında bildirilirdi ki, İsveçrə hökuməti Perinçekin söz azadlığını boğub, 1915-ci il hadisələri isə yəhudi soyqırımı ilə müqayisə edilə bilməz.

Azvision.az


Teqlər: Doğu-Perinçek   Türkiyəli   Siyasətçi  





Xəbər lenti