Litva və Latviya da rus diplomatları ölkədən çıxarır

 Litva və Latviya da rus diplomatları ölkədən çıxarır
  23 Aprel 2021    Oxunub:2749
Litva və Latviya rusiyalı diplomatları ölkədən çıxarır.
Azvision.az xəbər verir ki, bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat yayıb.

Latviya xarici işlər naziri Edqar Rinkeviç bildirib ki, Çexiya ilə həmrəylik əlaməti olaraq belə addım atılır.

"Çexiyalı müttəfiqlərimizlə həmrəylik əlaməti olaraq və Vyana Konvensiyasının pozulması ilə əlaqədar Latviya rus diplomatının ölkədən çıxarılmasına qərar verib. Latviya nə özünün, nə də tərəfdaşları və müttəfiqlərinin ərazisində təxribata dözməyəcək", - deyə Rinkeviç Twitterdə yazıb.

Litva isə Rusiya səfirliyinin iki diplomatını ölkədən çıxarmaq qərarına gəlib. XİN-in açıqlamsında deyilir ki, iki rusiyalı diplomat "persona non qrata" elan edilib. Onlar diplomatik statuslarına uyğun olmayan fəaliyyət həyata keçirdikləri üçün Litvadan çıxarılırlar. Diplomatlara yeddi gün vaxt verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Litva   Latviya  





Xəbər lenti