“5 min manatdan çox bonus alan həkimlər var” - Agentlik rəsmisi

“5 min manatdan çox bonus alan həkimlər var” -  Agentlik rəsmisi
  23 Aprel 2021    Oxunub:2856
Ötən il icbari tibbi sığortanın tətbiq olunduğu 23 rayon və şəhərdə həkim-cərrah bonuslarının məbləği 2000-3000 manat civarında olub.
Azvision.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Maliyyə departamentinin məsul əməkdaşı Yadigar Mahmudzadə deyib.

Agentlik rəsmisi bildirib ki, Mingəçevr şəhər xəstəxanasında 2500 manatdan çox bonus alan cərrahlar da var.

“Ayrı-ayrı aylarda cərrahların bonusları 3000-ə qədər yüksəlib. Bu, həm də koronavirus pandemiyası səbəbindən müəyyən xəstəxanalara həkimlərin müraciətinin olmaması ilə əlaqədardır”.

Y.Mahmudzadə Mingəçevr şəhər xəstəxanasında 4000-5000 manatdan çox bonus alan həkim oftolmoloqların da olduğunu diqqətə çatdırıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Həkim   Maaş  





Xəbər lenti