Ermənistanda aksiya iştirakçılarına cinayət işi açıldı

Ermənistanda aksiya iştirakçılarına cinayət işi açıldı
  23 Aprel 2021    Oxunub:2126
Aprelin 22-də Ermənistan Baş prokurorluğunun binası qarşısına keçirilən etiraz aksiyaları zamanı baş vermiş qarşıdurma ilə əlaqədar cinayət işi başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbuat xidməti məlumat yayıb.

"Cinayət işi açılıb, iş İstintaq Komitəsinə təhvil verilib", - polisin açıqlamasında deyilir.

İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ("Xuliqanlıq") əsasında cinayət işinə başlayıb. Dünənki hadisələrdə neçə nəfərin saxlanılması barədə məlumat verilməyib.

Qeyd edək ki, ötən gün Ermənistan Baş prokurorluğunun binası qarşısına toplaşan nümayişçilər Baş nazir Nikol Paşinyanın çərşənbə günü Sünikə səfərinə etiraz edən vilayətin icma liderlərinin sərbəst buraxılmasını tələb ediblər. Aksiyada polislə vətəndaşlar arasında qarşıdurma olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti