Direktor olmaq istəyənlərin müsahibələri mərhələli keçiriləcək

  23 Aprel 2021    Oxunub : 1442
Direktor olmaq istəyənlərin müsahibələri mərhələli keçiriləcək
Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin may-avqust aylarında keçirilməsi nəzərdə tutulub.
Təhsil Nazirliyindən Azvision.az -a bildirilib ki, müsahibələr 4 mərhələdə təşkil ediləcək. İlkin mərhələ may ayında baş tutacaq. Birinci mərhələdə imtahan nəticəsi 36 baldan çox olan və şagird sayı 1000 nəfərdən çox olan 40 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı planlaşdırılır. İkinci mərhələdə imtahan nəticəsi 30 baldan çox olan və şagird sayı 500-1000 nəfər olan 72 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlərin iştirakı nəzərdə tutulur. Üçüncü mərhələdə isə imtahan nəticəsi 26 baldan çox olan və şagird sayı 100-500 nəfər olan 323 ümumi təhsil müəssissəsində, dördüncü mərhələdə imtahan nəticəsi 24 baldan çox olan və şagird sayı 2-100 nəfər olan 189 ümumi təhsil müəssissəsində vakant direktor vəzifəsini seçmiş namizədlər iştirak edəcək.

Müsahibə mərhələsinə namizədlərin daha hazırlıqlı iştirakını təmin etmək məqsədilə müsabiqə proqramı və nümunəvi müsahibə sualları hazırlanıb.

Azvision.az

Teqlər: