Türkiyədə daha 343 nəfər koronavirusdan öldü

Türkiyədə daha 343 nəfər koronavirusdan öldü
  24 Aprel 2021    Oxunub:1650
Türkiyədə son sutka ərzində 343 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda 49 min 438 yeni yoluxma faktı qeydə alınıb. Bununla virusa yoluxanların sayı 4 milyon 550 min 820, pandemiya qurbanlarının sayı isə 37 min 672 nəfərə çatıb.

Türkiyədə indiyədək 3 milyon 970 min 111 pasiyent (son sutkada 60 176 nəfər) sağalaraq evə buraxılıb.



Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti