Aprelin 26-dək ictimai nəqliyyat işləməyəcək

Aprelin 26-dək ictimai nəqliyyat işləməyəcək
  24 Aprel 2021    Oxunub:1818
Bu gündən aprelin 26-sı saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Azərbaycanda şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Bununla əlaqədar 24 aprel saat 00:00-dan 26 aprel saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

Azvision.az


Teqlər: Avtobus   Nəqliyyat  





Xəbər lenti