Paşinyana etiraz edən Mehri meri sərbəst buraxıldı

   Paşinyana etiraz edən Mehri meri sərbəst buraxıldı
  24 Aprel 2021    Oxunub:2237
Ermənistanın baş naziri Nikol Paşinyana qarşı etiraz aksiyalarına görə saxlanılan Mehri şəhərinin meri Mxitar Zakaryan sərbəst buraxılıb.
Azvision.az xəbər verir ki, bunu onun vəkili Qayane Papoyan bildirib.

Vəkilin sözlərinə görə, İrəvan məhkəməsi Zakaryanın həbsini yetərli sübutlar olmadığından əsassız hesab edib və onun azadlığa buraxılmasına qərar verib.

Xatırladaq ki, bir neçə gün əvvəl baş nazir Nikol Paşinyan Sünik (ZƏngəzur-red) bölgəsinə səfər edib. Baş nazir səfər zamanı kəskin etirazlarla qarşılanıb, yerli sakinlər onun barəsində "Nikol vətən xainidir", "Nikol, get!" şüarları səsləndiriblər. Nəticədə təhlükəsizlik qüvvələri ilə aksiya iştirakçıları arasında dava olub. Etirazlar səbəbindən Paşinyan səfərini yarımçıq qoyub.

Baş nazir təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Aqarak şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb. Bundan sonra kütləvi həbslərə başlanılıb.

Azvision.az



Teqlər: Mehri   Paşinyan  





Xəbər lenti