Daha bir ölkə turistlər üçün sərhədlərini açır

Daha bir ölkə turistlər üçün sərhədlərini açır
  24 Aprel 2021    Oxunub:1867
Bolqarıstanın Səhiyyə Nazirliyi 1 may tarixindən etibarən turistlər üçün sərhədlərin açılmasına qərar verib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri vəzifəsini icra edən Kostadin Anqelov bildirib.

“1 may tarixindən etibarən turizm mövsümünün başlanması ilə əlaqədar üç növ tibbi sənəddən hər hansı birinə sahib olan ölkələrin vətəndaşlarına Bolqarıstana girişə icazə veriləcək. Bu sənədlər koronavirusa qarşı peyvənd edilməsini təsdiqləyən sertifikat, mənfi PCR, ya da müəyyən bir antigen testidir”, - Anqelov deyib.

Bundan əvvəl Bolqarıstanın fövqəladə epidemioloji vəziyyət rejimini may ayının sonuna qədər uzatmağa hazırlaşdığı açıqlamışdı.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Bolqarıstan   Turist  





Xəbər lenti