Dünyada koronavirusa yoluxma sayı 146 milyonu keçdi

 Dünyada koronavirusa yoluxma sayı 146 milyonu keçdi
  24 Aprel 2021    Oxunub:1383
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 146 milyon 236 min 400 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 3 milyon 99 min 461 nəfərdir. İndiyədək 124 milyon 22 min 653 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 894 043 nəfər koronavirusa yoluxub, 14 151 nəfər isə vəfat edib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 32 735 704 nəfər virusa yoluxub, 585 075 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 16 602 456 nəfərdə virus aşkar edilib. Xəstələrdən 189 549 nəfər həyatını itirib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 14 238 110 nəfərdə koronavirusa yoluxma qeydə alınıb. Onlardan 386 623 nəfəri vəfat edib.

Dördüncü yerdə qərarlaşan Fransada 5 440 946 yoluxma, 102 496 ölüm faktı qeydə alınıb. Siyahıda beşinci olan Rusiyada 4 744 961 nəfər virusa yoluxub ki, onlardan 107 501-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti