Almaniyada bir gündə 286 nəfər virusdan ölüb

  24 Aprel 2021    Oxunub : 1012
Almaniyada bir gündə 286 nəfər virusdan ölüb
Almaniyada son bir gündə 23 392 nəfər koronavirus infeksiyasına yoluxub, 286 pasiyent dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb.

İnstitutun açıqlamasına görə, Almaniyada epidemiyanın başlanğıcından bəri 3 268 645 yoluxma halı aşkarlanıb, 81 444 ölüm faktı qeydə alınıb.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Koronavirus