ABŞ Alyaskada hərbi təlimlər keçirəcək

 ABŞ Alyaskada hərbi təlimlər keçirəcək
  24 Aprel 2021    Oxunub:2272
ABŞ Silahlı Qüvvələri 3-14 may tarixlərində Alyaskada hərbi təlimlər keçirəcək.
Azvision.az xəbər verir ki, bu barədə “TASS” agentliyi ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean Komandanlığına istinadla məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə 15 min əsgər və zabitin, eləcə də hər növdən təxminən 240 uçuş aparatının iştirakı nəzərdə tutulub.

Təlimlərdə "Theodore Roosevelt" atom gəmisi və onu müşayiət edən gəmilər iştirak edəcəklər.

"Bu, Alyaskada planlaşdırılan cari ildə ən böyük təlimdir. Bu təlimlər adətən iki ildən bir keçirilir", - deyə məlumatda vurğulanıb.

Pentaqonun mətbuat xidməti, ABŞ Silahlı Qüvvələrinin Hindistan-Sakit Okean Komandanlığı və ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean Komandanlığı Vaşinqtonun təlim planları ilə əlaqədar Moskvaya əvvəlcədən xəbərdarlıq edilib-edilmədiyinə dair sualları cavablandırmayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Təlim   Alyaska  





Xəbər lenti