Gələn həftə MSK-nın yeni tərkibi təsdiqlənəcək

   Gələn həftə MSK-nın yeni tərkibi təsdiqlənəcək
  24 Aprel 2021    Oxunub:2133
Gələn həftə Mərkəzi Seçki Komissiyasının yeni tərkibi təsdiq ediləcək.
Azvision.az xəbər verir ki, Milli Məclisin aprelin 27-də keçiriləcək plenar iclasının gündəliyinə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi məsələsi daxil edilib.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Həmin şəxslərdən 6 nəfəri hakim Yeni Azərbaycan Partiyasını (YAP), 6 nəfər bitərəf deputatları, 6 nəfər isə parlamentdə azlıqda olan partiyaları təmsil edəcək.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: MM   MSK   Yeni   Tərkib  






Xəbər lenti