Şoyqu və Arutyunyan arasında telefon danışığı olub

 Şoyqu və Arutyunyan arasında telefon danışığı olub
  24 Aprel 2021    Oxunub:2639
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığı aparıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlər Dağlıq Qarabağdakı Rusiya sülhməramlı missiyasının işini, Ermənistan ordusunda başlayan islahatların əsas istiqamətlərini müzakirə ediblər.

Tərəflər, həmçinin Ermənistan və Rusiya Birləşmiş Qüvvələr Qrupunun fəaliyyəti ilə bağlı məsələləri və gələcək planları nəzərdən keçiriblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SergeyŞoyqu   Ermənistan  





Xəbər lenti