Slovakiya bu səbəbdən rus diplomatları ölkədən çıxarır

Slovakiya bu səbəbdən rus diplomatları ölkədən çıxarır
  24 Aprel 2021    Oxunub:3613
Rusiyanın Slovakiyadakı səfirliyinin üç əməkdaşı ölkənin xüsusi xidmət orqanlarında şübhə yaratdıqları və Çexiya ilə həmrəyliyin nümayişi olaraq Bratislavadan çıxarılır.
Azvision.az xəbər verir ki, bu barədə Slovakiyanın xarici işlər naziri İvan Korçok bildirib.

"Başqa yerlərdə olduğu kimi, Slovakiyada da xüsusi xidmətlər ərazimizdəki xarici xüsusi xidmət orqanlarının fəaliyyətini izləyirlər. Nə olursa olsun, bunu davamlı olaraq həyata keçirirlər. Son vaxtlar xüsusi xidmət orqanlarımızdan Rusiyanın Bratislavadakı səfirliyinin üç əməkdaşının diplomatlar üçün uyğun olmayan davranışları barədə məlumat aldıq. Və siyasi qərar verildi”, - nazir deyib.

Korçak bunun suveren bir qərar olduğunu və Slovakiya hakimiyyətinin öz xüsusi xidmətlərinin məlumatları ilə hərəkət etdiyini vurğulayıb.

“Ancaq aydındır ki, Çexiyanın həmrəylik göstərilməsinə dair müraciəti ilə əlaqədar bu şəkildə qərar qəbul etdik”, - Korçok əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Slovakiya   XİN  





Xəbər lenti