Katolikos “soyqırımı günü“ Paşinyanın yanında olmaqdan imtina etdi
Bu gün kompleksin ərazisini ziyarət edən baş nazir Nikol Paşinyanın yanında yalnız prezident Armen Sarkisyan olub.
"Bu il katolikos Çiçernakaberdi baş nazirlə birlikdə ziyarət etmədi. O, "Rahib şeytanla birgə addımlamaz" məntiqi ilə hərəkət etdi. Burada Nikoldan imtina edən və onun istefasının tərəfdarı olan prezidentin rəsmi mərasimdə baş nazirin yanından olması da diqqət çəkdi. Bu, Armen Sarkisyanın zəifliyidir. O, abidəni tək də ziyarət edə bilərdi", - deyə erməni mediası yazıb.
Tural Tağıyev
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


