Məşhur italyan müğənni və aktrisa vəfat edib

Məşhur italyan müğənni və aktrisa vəfat edib
  24 Aprel 2021    Oxunub:3440
Məşhur italyan müğənni və aktrisa Milva (Mariya İlva Biolkati) 81 yaşında vəfat edib.
Azvision.az xəbər verir ki, dünya şöhrətli müğənni son illər ağır xəstəlikdən əziyyət çəkib. O, Milan şəhərində dünyasını dəyişib.

"Milva italyan mahnılarının ən parlaq ifaçılarından biri idi. Səsi bütün nəsillərdən olan insanlarda dərin hisslər yaradıb. O, böyük italyan, beynəlxalq arenada çıxış edən, qlobal uğur qazanan və ölkəsinin adını uca tutan aktrisa idi", - İtaliyanın mədəniyyət naziri Dario Françeski bildirib.

Milva dünyada məşhur olan italyan bəstəkar Ennio Morrikone, rejissor Çorc Streler ilə işləyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Milva  





Xəbər lenti