Mustafa Şentopdan ABŞ-a “soyqırımı” xəbərdarlığı

 Mustafa Şentopdan ABŞ-a “soyqırımı” xəbərdarlığı
  24 Aprel 2021    Oxunub:3940
“İddia edildiyi kimi, 1915-ci il hadisələrinin “soyqırımı” olaraq tanına bilməsi üçün hüquqda nəzərdə tutulan şərtlərin heç biri mövcud deyil.

Azvision.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.
O bildirib ki, ABŞ-ın 2021-ci ildə iddia olunan siyasi qərarı qəbul etməsi dəyişikliyin mahiyyət etibarilə deyil, yalnız yeni rəhbərliyin münasibətində olacağını göstərəcək.

Şentop ABŞ Prezidenti Co Baydenin fikirlərinin siyasi açıqlama olaraq qalacağını bildirib.

“Hansısa qərar olarsa, onun heç bir hüquqi əsası yoxdur. Əgər tarixi məsələlər bu şəkildə siyasi qərarlarla ortaya qoyulacaqsa, Türkiyənin də Amerika tarixinə dair hər halda qərarlar almağa zamanı var".

TBMM sədri onu da bildirib ki, Ermənistanın gerçək tarixin əksinə olaraq bu cür iddialarla çıxış etməsi və digər ölkələr tərəfindən qəbuluna çalışmaq cəhdləri Türkiyə ilə Ermənistan arasındakı münasibətlərin normallaşma səylərini zəiflədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MustafaŞentop  





Xəbər lenti