Türkiyənin axtarışa verdiyi terrorçu İraqda zərərsizləşdirildi

Türkiyənin axtarışa verdiyi terrorçu İraqda zərərsizləşdirildi
  24 Aprel 2021    Oxunub:2873
Türkiyənin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində qırmızı bülletenlə İnterpol tərəfindən axtarılan PKK terrorçusu, kod adı Dalokay Şanlı olan Sinan Mirhan zərərsizləşdirilib.
Azvision.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Kürd İcmalar Birliyinin (KCK) "məclisi üzvü" seçilən Dalokay Şanlının fəaliyyəti uzun müddət milli kəşfiyyat tərəfindən izlənilib. Onun silahlı qruplara rəhbərlik etmək üçün İraqın şimalındakı Qara bölgəsinə gəldiyi müəyyən edilib. Terrorçu mülki şəxslərdən uzaqlaşdıqdan sonra xüsusi əməliyyat keçirilərək zərərsizləşdirilib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Türkiyə   PKK   İraq  





Xəbər lenti